Ərzurumda sərnişin avtobusu aşdı - 22 yaralı var

03.09.2015 10:35     Sosreaksiya     1894

Ərzurumda döngədə sürətini azalda bilməyən sərnişin avtobusu aşıb. Nəticədə 22 nəfər yaralanıb.

Reaksiya.az xəbər verir ki, Ərzincan-Van istiqaməti ilə hərəkət edən və Ərdal Ersevinç tərəfindən idarə edilən 06 LMN 65 nömrəli sərnişin avtobusu Erzurum-Aşkale avtomobil yolunun 25-ci kilometrində İspir rayonu ərazisində aşıb.

Qəzada sürücü Ersevinç də daxil olmaqla Fahrettin Boz, Fatih Ekmen, Osman Ekmen, Nuran Kümek, Kasım Güler, Onur Baydar, Sezai Eraslan, İsmail Eraslan, Ömer Nurduhan, Vedat Ahi, Hüseyin Doğru, Erhan Doğru, Engin Doğru, Fetullah Dursun, Eyüp Kılıç, Osman Aktaş, Serkan Hasar, Yusuf Altan, Muhyettin Direk, Ayşegül Pirinççi və Suat Kaya yaralanıb.

Hadisə yerinə çox sayda təcili yardım sövq edilib.

Yaralılar şəhərdəki xəstəxanalara aparılıb.

Şərhlər