Daha bir erməni paranoyası

03.09.2015 11:15     Sosreaksiya     2820

Tomsk dövlət universiteti mütəxəssislərinin də yer aldığı beynəlxalq arxeoloq qrupu Qırğızıstanın İssık gölü ərazisində qazıntılar zamanı 2500 illik yaşayış məntəqəsi tapıblar. Bu ərazidə tapılan saxsı lövhə üzərindəki yazılar mütəxəssislərin diqqətini çəkib. Saxsının üzərində möhür və yazı var. Qrupun üzvü Dmitri Qorna bu yazının erməni-suryani yazısına aid olduğunu ehtimal etdiklərini bildirib. Ermənilər də Qornanın bu iddasını dərhal tirajlamağa başlayıblar. Ermənilər məsələ ilə bağlı təxəyyüllərini bir az daha geniş tutaraq iddia edirlər ki, 2500 il əvvəl burada müqəddəs apostol və yevangelist Matfeyin monastrı ola bilər.

Bu barədə politoloq ekspert Hatəm Cabbarlı öz facebook profilində qeyd edib.

Erməni saxtakarlığı ilə zaman-zaman rastlaşmış bir xalq olaraq bu, əlbəttə ki, bizə çox da təəccüblü gəlmədi. Ancaq etiraf edək ki, ermənilər bu məsələdə yalanın dozasını həddindən artıq çox ediblər. Xristianlığın 2000 il yaşı olduğu halda müqəddəs apostol və yevangelist Matfeyin monastrı 2500 il əvvəl necə mövcud ola bilərdi axı?

Hatəm Cabbarlı Reaksiya.az-a açıqlamasında ermənilərin növbəti saxtakarlığını tarixi faktlarla və rəqəmlərlə sübuta yetirib: “İsa peyğəmbərdən 500 il əvvəl müqəddəs apostol və yevangelist Matfeyin monastrının mövcudluğundan danışmaq belə olmaz. Həm də erməni suryani yazısı ilə. Ermənilər özlərinə məxsus əlifbalarının olduğunu iddia etsələr də, bir sıra mötəbər dilçi alimlər erməni əlifbasının Efiopiya əlifbası əsasında yaradıldığı haqqında həmfikirdirlər. Efiopiya əilfbasının eramızdan əvvəl IX əsrdə mövcud olduğunu nəzərə alsaq, eramızın 405-ci ilində yaradılmış erməni əlifbasının efiopiya əlifbası ilə yaxın oxşarlığı bu əlifbanın orijinal olmadığını sübut edir. Akademik D.A. Olderoqqe bu barədə belə yazır: “Mesrop Maştoç ayrı-ayrı hərflərin çizgilərini yaradarkən, efiop əlifbasının əsasında duran və funksional əhəmiyyətə malik olan hərfi cizgilərin şəkillə dəyişdirilməsi prinsipindən istifadə etmişdir. Digər tərəfdən, belə bir nəticəyə gəlmək olar: Maştoç efiopiya əlifbasının forma çizgilərindən istifadə edibsə, artıq IV-V əsrlərdə həmin prinsiplərə əsaslanan əlyazmalar mövcud idi və bunu daha qədim əlyazmalar təsdiq edir”.

Ekspert ermənilərin bu hərəkətlərini paranoya ilə əlaqələndirib: “Ermənilərin tarixi mənbələrə istinad etmədən özlərinin qədimiliyini sübut etmə paranoyası o qədər artıb ki, artıq bütün dünyaya məlum tarixi faktları belə saxtalaşdırmaqdan çəkinmirlər”.

Şərhlər