Türkiyədən qara xəbər - YENİLƏNİB

03.09.2015 11:38     Sosreaksiya     1861

Mardində ölən polislərin adları açıqlanıb.

Reaksiya.az xəbər verir ki, bunlar şöbə müdiri İbrahim Halil Aksoy ilə polis məmurları Ahmet Akalın, Hüseyin Balta və Akif Hatunoğludur.

Hadisədən sonra bölgəyə çoxlu sayda polis sövq edilib. Bölgədə əməliyyat başlayıb.

Mardin Polis İdarəsinin rəisi Lütfullah Pekcan Dargeçit rayonuna gedərək hadisəylə bağlı araşdırma aparıb.

Şəhid polislər üçün günortadan sonra Martın Polis İdarəsində mərasim keçiriləcək.

11.29

Mardində polis maşınının keçidi zamanı mina partladılıb. Nəticədə 4 polis şəhid olub.

Reaksiya.az xəbər verir ki, hadisə səhər saat 06.00 radələrində Dargeçit rayonunda qeydə alınıb.

Məktəb tikintisinə gedən polis maşınının keçidi zamanı mina partladılıb. 

Bu haqda əlavə məlumat veriləcək.

Şərhlər