Moskvada hava limanında dəhşətli yanğın - 3000 nəfər təxliyə edildi

03.09.2015 11:44     Sosreaksiya     2048

Moskvada Domodedovo hava limanında yanğın başlayıb. Buna görə də hava limanı ərazisindəki 3000 nəfər ərazidən təxliyə edilib.

Rusiya Fövqəladə Hallar nazirliyindən verilən məlumata görə limanın yük bölməsində, 20 kvadrat metrlik ərazidə başlayan yanğın qısa zamanda söndürülüb.

Reaksiya.az xəbər verir ki, tüstü və duman bütün limana yayılıb. Ona görə də səlahiyyətli şəxslər ərazidəki vətəndaşları hadisə yerindən uzaqlaşdırıb. Polis və səhiyyə işçiləri də limana cəlb olunub. 

Hava limanından bildirilir ki, yanğına görə uçuşlar da gecikir. 

Qeyd edək ki, bu hava limanı Moskvanın ən böyük hava limanlarındandır və bu ilin ilk 7 ayı ərzində 14 milyon sərnişin bu limandan istifadə edib.

Şərhlər