Bakının açıq ərazilərində nə vaxt pulsuz Wi-Fi olacaq?

03.09.2015 12:17     Sosreaksiya     2181

Moskvada “City Wi-Fi” layihəsi çərçivəsində piyadalar üçün nəzərdə tutulan bütün küçə və zonalar pulsuz Wi-Fi ilə təchiz ediləcək. Artıq 21 açıq ərazidə belə sistem quraşdırılıb.

Bəs, Azərbaycanda bu yönümdə hansı işlər aparılır? Xatırladaq ki, Bakının bir çox zonalarında Wi-Fi şəbəkəsi qoşulub, ancaq bu şəbəkələrdən pulsuz olaraq yalnız qapalı yerlərdə istifadə etmək mümkündür. I Avropa Oyunları ərəfəsində də yarışa aid olan bütün stadion və məkanlarda Wi-Fi-dan pulsuz istifadə edilirdi.

Hazırda isə paytaxtın açıq ərazilərində Wi-Fi-ya qoşulmaq üçün mobil operatorların xidmətindən yararlanmaq lazımdır. Bu isə təbii ki, pulsuz həyata keçirilmir.

Reaksiya.az bununla bağlı CASFEN-in sədri, jurnalist Azər Həsrətin fikirlərini öyrənib.

“Yəqin ki, yaxın gələcəkdə də Azərbaycanda pulsuz Wi-Fi olacaq, çünki bu, qaçılmazdır. Hər halda yeni texnologiyaların çox sürətli inkişafı bunu deməyə əsas verir. Əhaliyə pulsuz internetin veriləcəyi də vacib məqamlardan biridir. Misal üçün, Estoniyada dövlət hər bir vətəndaşa 1 Mb sürətilə pulsuz internet verir. Bu təcrübə başqa ölkələrə, o cümlədən Azərbaycana da sirayət edə bilər”, - deyə Azər Həsrət bildirib.

 

Şərhlər

Çox oxunanlar