Ermənilər Tovuzda 2 evi yandırdı

03.09.2015 14:44     Sosreaksiya     2042

2 ev yandı, 1 dinc sakin yaralandı.

Tovuzun Ermənistanla sərhəddə yerləşən Əlibəyli və Ağdam kəndləri axşam saatlarından başlayaraq səhərə qədər Ermənistan Silahli Qüvvələri tərəfindən aramsız atəşə tutulub.

Reaksiya.az ANS PRESS-ə istinadən xəbər verir ki, yandırıcı güllələrdən açılan atəş nəticəsində Əlibəyli kəndində iki ev yanıb.

63 yaşlı dinc sakin Tofiq Kazımov isə yaralanıb. Yaralı Tovuz Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan aldığımız xəbərə görə, yaralının vəziyyəti orta ağırdır. 

Şərhlər