Sədərək bazarı hara köçürülür?

03.09.2015 16:09     Sosreaksiya     3972

Ölkə mətbuatında Sədərək ticarət mərkəzi haqqında yayılmış qalmaqallı məlumatlar səngimək bilmir. Reaksiya.az portalı da bir qədər əvvəl Sədərək bazarında mağazaların bağlanması ilə bağlı məlumat vermişdi. Və həmin məlumatda bildirilirdi ki, bazarda icarə haqqlarının yüksək olması və alverin zəifləməsi nəticəsində mağaza sahibləri çıxış yolunu fəaliyyətlərini dayandırmaqda görürlər.

Bu gün yayılmış xəbərlərdə isə deyilir ki, Sədərək ticarət mərkəzi sentyabr ayının 15-də təmamilə bağlana bilər.

Sədərəkdə fəaliyyət göstərən sahibkarla əlaqə saxlayaraq yayılmış xəbərə aydınlıq gətirməyə çalışdıq.

Mağaza sahibi Reaksiya.az-a bildirdi ki, Sədərək ticarət mərkəzinin bağlanması barədə söhbət belə gedə bilməz: “Bu bazardan kifayət qədər insan evinə çörək pulu aparır, dolanışığı burdan çıxır. Bazarın bağlanması yüzlərlə insanın işsiz qalması demək olar. Hazırda məktəb mövsümü ilə əlaqədar bazarda satışda ötən aylara nisbətən canlanma müşahidə olunur. Düzdür, bazarın nə vaxtsa daha uzağa, Ələt qəsəbəsi ərazisinə köçürüləcəyi barədə məlumatlar var, ancaq bu barədə indi danışmaq hələ çox tezdir”.

Şərhlər