Bakıda iki uşaq və xəstə ata nə vəziyyətdə yaşayır? - ANONS

10.06.2015 16:14     Sosreaksiya     2133

Montin qəsəbəsində üfunət iyi verən mənzildən reportaj

Problemi olanlara dəfələrlə yardımçı olan, cəmiyyətdə fəaliyyəti ilə yetərincə tanınan "Təmiz dünya" İctimai Birliyi və qısa müddətdə Azərbaycan mediyasında öz sözünü deməyi bacarmış Reaksiya.Az portalı birgə "Xilas et!"adlı layihəyə başlayıb. Layihəyə dəstək olmaq və məlumatlandırmaq üçün (012) 409 05 49 nömrəli telefona zəng edə və ya [email protected] ünvanına yaza bilərsiniz.

Layihə çərçivəsində yardıma ehtiyacı olan və problemlər içində boğulan ailələr və insanlar tapılacaq, onların problemləri işıqlandırmaqla, aidiyyatı olan qurumlar qarşısında məsələ qaldırılacaq.

Layihə çərçivəsində ilk reportajımız Nərimanov rayonu, Montin qəsəbəsində yaşayan bir ailənin dramından bəhs edir. 1942-ci  il təvəllüdlü, iflic xəstəsi olan Xalidşah Baxışov, onun 16 yaşlı oğlu Vidadi, 12 yaşlı qızı Validə qayğıdan-diqqətdən kənar qalıb. Anaları (Viktoriya Parşina) 1 saylı Maştağa Ruhi Dispanserində olan uşaqların içki düşkünü olan xalaları Olya Parşina isə onların qeydiyyatda olduğu mənzili dəyər-dəyməz qiymətə satıb Rusiyadakı övladlarının yanına köçməyə hazırlaşır. Vidadinin artıq 16 yaşı var, 8-ci sinifdən məktəbə getmir. Bir qulağında eşitmə problemi olan Validə isə cəmi 3 sinif oxuyub. Onların hər ikisi əvvəl yaşadıqları ərazidə yerləşən Xətai rayonu 27 saylı orta məktəbdə təhsil alıblar və son 3 ildə nə təhsil ala bilirlər, nə də sənədləri var. "Nə aid olduqları 36 saylı MİS, nə Əmək və Əhalinin Sosial Müdafiə Fondunun rayon şöbəsi, nə Nərimanov rayon Təhsil şöbəsi, nə də Nərimanov RİH bu uşaqların taleyini yüngülləşdirmək üçün bir tədbir görmür" - hər halda, uşaqlardan və qonşulardan eşitdiklərimiz bizi bu fikrə gəlməyə vadar etdi.

"Təmiz dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova və Reaksiya.Az kollektivi həmin mənzilə baş çəkib, hadisə yerindən reportaj hazırlayıb. Yaxın saatlarda  video və fotolarla bir yerdə həmin reportajı Reaksiya.Az-da görə bilərsiniz.

Şərhlər

Çox oxunanlar