6 saatdan az yatmaq xəstəlik yarada bilər

04.09.2015 03:48     Sosreaksiya     1809

Amerikanın Kaliforniya Universitetində aparılan araşdırmalar nəticəsində məlum olub ki, normal yatmayan insanların viruslara yoluxma ehtimalı digər insanlarla müqayisədə dörd dəfə çoxdur. Professor Erik Praterin apardığı araşdırmalar göstərib ki, 6 saatdan çox az yatan adamlar xəstələnməyə daha meylli olurlar. Praterin sözlərinə görə, yaşlı və gənc olmasından asılı olmayaraq yuxusuzluq soyuqdəymə daxil bir çox xəstəliyin təməl səbəbi ola bilər.
 
Yuxu və stress səviyyəsini araşdıran həkimlər onların bədəninə virus köçürdükdən sonra xəstəliklərə qarşı necə mübarizə apardıqlarını müşahidə ediblər. Sonda məlum olub ki, gün ərzində 6 saatdan çox yatanlar xəstəliklərdən daha tez xilas olurlar. Gündə 5 saatdan az yatanlar isə ən yüngül xəstəliklərdən belə uzun müddət əziyyət çəkirlər.
 

Şərhlər