AZƏRSUN HOLDİNQ xüsusi açıqlama yaydı

04.09.2015 06:21     Sosreaksiya     1608

Ölkənin nəhəng şirkətlərindən olan Azərsun Holdinq xüsusi açıqlama ilə çıxış edib. Reaksiya.az həmin açıqlamanı təqdim edir:   
 
"Bu gün mətbuatda “Ölkədə saxta və təhlükəli düyülər satılır”  başlıqlı yazıda Azərsun Holdinqə qarşı irəli sürülmüş əsassız iddialara cavab olaraq bildiririk ki, Azərsun Holdinqin ölkəyə gətirdiyi bütün xammal zəruri sertifikatlar ilə təmin olunmuş, insan sağlamlığına tam zərərsiz, GDO olmayan məhsullardır və beynəlxalq birjalardan alınır. Jurnalist təxəyyülü olan bu cür yazılara görə təəssüfümüzü bildirir, belə halların təkrarlanmayacağına ümid edirik. Əks təqbirdə məsələni hüquq müstəvisində həll edəcəyimizi bildiririk".

Şərhlər