Azərbaycanda güclü zəlzələ oldu: 7 bal - YENİLƏNİB

04.09.2015 10:27     Sosreaksiya     4320

Azərbaycanın müxtəlif rayonlarında bu gün səhər baş verən zəlzələnin neçə bal olması dəqiqləşdirilib.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı Respublika Seysmoloji Xidmət Mərkəzi yayıb.

Məlumata görə, yerli vaxtla saat 09:49:36-da Şəkidən 29 km cənub-şərqdə Şəki ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 7 bal, ətraf rayonlarda 6-5 bala qədər hiss olunub.

09.55

Bu dəqiqələrdə ölkə ərazisində zəlzələ baş verib.

Reaksiya.az-ın məlumatına görə bu barədə sosial şəbəkələrin istifadəçiləri yazıb. Belə ki, Qazax, Balakən, Qax, Şəki, İsmayıllı, Qəbələ, Yevlax, Cəlilabad, Saatlı və digər bölgələrdə seysmik hərəkətlər müşahidə olunub.

Yerli vaxtla saat 09:28-də Xəzər dənizində də zəlzələ qeydə alinıb. Bu haqda məlumatı Respublika Seysmoloji Xidmət Mərkəzi yayıb.

Məlumata görə, zəlzələ hiss olunmayıb.

Şərhlər