Şəkidə bir neçə ev çatlayıb - RƏSMİ

04.09.2015 10:59     Sosreaksiya     2040

Bu gün yerli vaxtla saat 09:49:36-da Şəkidən 29 km cənub-şərqdə qeydə alınan zəlzələdə bir neçə ev çatlayıb. Episentrin mərkəzi əsasən Turan qəsəbəsində olub.

Reaksiya.az xəbər verir ki,  bu faktı Şəki şəhər-rayon polis şöbəsinin növbətçisi təsdiq edib.

Onun sözlərinə görə, hazırda çatlayan evlərin siyahısı hazırlanır: “Əməkdaşlarımız hadisə yerindədir. Bir azdan geniş informasiya əldə edəcəyik”.

Turan qəsəbəsində evlərin çatlaması haqda informasiyanı Facebook sosial şəbəkəsində Sevgi Səlimli adlı istifadəçi də yazıb: “Səki rayonunun Turan qəsəbəsində evlər çatlıyıb”.

Qeyd edək ki, zəlzələ ətraf rayonlarda 5-6 bala qədər hiss olunub.

Şərhlər