Güclü zəlzələ ilə bağlı bu qurum gücləndirilmiş iş rejiminə keçdi

04.09.2015 11:42     Sosreaksiya     1783

Azərbaycanda baş verən güclü zəlzələ ilə əlaqədar olaraq, “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin müvafiq qurumları gücləndirilmiş iş rejiminə keçiblər.  

Reaksiya.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

Məlumata görə, infrastruktur Departamentinin kollektivləri yollarda, körpülərdə, stansiyalarda yol, enerji təchizatı, işarəvermə və rabitə sahələrinin zəlzələdən ziyan görüb-görməməsini yoxlayırlar.

Mütəmadi yoxlamalar xırda təkanlar dayanana kimi davam edəcək.

Qeyd edək ki, AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verildiyi kimi, bu gün saat 09.49-da Şəki ərazisində zələzələ qeydə alınıb. Zəlzələ episentrdə 7 bala, respublikanın ətraf rayonlarında 6-5-4 və 3 bala qədər hiss olunub. Zəlzələ 13 km dərinlikdə baş verib.

Şərhlər