Zəlzələ ölümə səbəb oldu - Göyçayda

04.09.2015 11:48     Sosreaksiya     2382

Göyçayda zəlzələ nəticəsində iki uşaq anası su quyusuna düşərək ölüb

Göyçay rayonunun Məlikkənd kənd sakini 1987-ci il təvəllüdlü İbadova Ruhiyyə Mustafa qızı zəlzələ baş verən zaman yaşadığı evin həyatyanı sahəsində su quyusunun yanında olub. 

Reaksiya.az "Report"a istinadən xəbər verir ki, təkanların təsirindən o, ayağı sürüşərək su quyusuna düşüb.

Quyuda elektrik enerjisi ilə işləyən su motoru işlək vəziyyətdə olduğundan cərəyan R.İbadovanı öldürüb.

Şərhlər