Azərbaycanda 2 yük maşını toqquşdu - 1 ölü, 1 yaralı

04.09.2015 12:27     Sosreaksiya     2182

Ağcabədi rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Hindarxı kəndi ərazisində qeydə alınıb.  04 - BX - 342 və 99 - BV -131 dövlət nömrə nişanlı “KamAZ” markalı iki yük maşınının toqquşması nəticəsində bir nəfərin öldüyü, bir nəfərin isə yaralandığı bildirilir.

Yaralı Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

Şərhlər

Çox oxunanlar