Ermənilərin yaraladığı ər-arvaddan xəbər var

04.09.2015 12:37     Sosreaksiya     1865

Xəbər verildiyi kimi, dünən erməni silahlı qüvvələrinin Tovuzun Əlibəyli kəndini atəşə tutması nəticəsində kənd sakini 87 yaşlı İsa Musayev və onun həyat yoldaşı 83 yaşlı Sehran Musayeva qəlpə yaraları alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Reaksiya.az xəstəxananın baş həkimi Paşa Muradovla əlaqə saxlayaraq yaralıların son vəziyyəti ilə bağlı məlumat əldə edib.

Baş həkim bildirib ki, İsa Musayev budun yuxarı nahiyəsindən zədə alıb, hazırda onun vəziyyəti yaxşı olaraq qiymətləndirilir: “Sehran Musayeva isə hər iki daban sümüyündən çoxlu sayda qəlpə yaraları aldığından sağlamlığı orta-ağırdır. Hər iki xəstəyə lazımi tibbi yardım göstərilib və müalicələri davam etdirilir".

Paşa Muradov onu da bildirib ki, hazırda Əlibəyli kəndində atışma yoxdur, vəziyyət stabildir. 

Şərhlər