PKK polis məntəqəsinə hücum etdi - Ölənlər və yaralananlar var - VİDEO
04.09.2015 14:31 Sosreaksiya 2206

Tuncelidə polis bölməsinə PKK-lı terrorçular tərəfindən hücum edilib. Çıxan qarşıdurmada 2 PKK-lı öldürülüb, 1 mülki şəxslə bir neçə polis məmuru yaralanıb.
Reaksiya.az xəbər verir ki, Vanın Başkale rayonunda isə PKK-lılar tərəfindən yola döşənən mina partladılıb. Partlayış nəticəsində 3 əsgər yaralanıb.
Yaralı əsgərlər vertolyotla Vana xəstəxanaya aparılıb. Bölgədə geniş miqyaslı əməliyyat başlayıb.
Şərhlər