Oğuzda ikinci zəlzələ qeydə alındı
04.09.2015 15:15 Sosreaksiya 2092

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən verilib.
Məlumata görə, Maqnituda 3.3 olan, 20 km dərinlikdə baş verən zəlzələ saat 14:38-də Şəkidən 27 km cənub-şərqdə Oğuz ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ hiss olunmayıb.
Bu gün saat 09:55-də də Şəkidən 23 km cənub-şərqdə Oğuz ərazisində zəlzələ qeyd alınıb.
Maqnitudası 3.0 olan, 20 km dərinlikdə baş verən zəlzələ hiss olunmayıb.
Qeyd edək ki, bu gün səhər Şəki ərazisində 7 bal gücündə zəlzələ olub. Yeraltı təkan respublikanın rayonlarında 6-5-4 və 3 bala qədər hiss olunub.
Şərhlər