Bu şairlər də deputat olmaq istəyir

04.09.2015 17:23     Sosreaksiya     2296

“İndiyə qədər xalqıma, dövlətimə xidmət etmişəm. Çalışmışam ki, hamının işinə yarayım. Deputat seçilsəm, xalqa, seçicilərimə xidmət göstərmək üçün daha çox səlahiyyətim olacaq”.

Bu sözləri Reaksiya.az-a tanınmış şair, professor Vüqar Əhməd bildirib.

Xatırladaq ki, Vüqar Əhməd 27 saylı Sabunçu 2-ci Seçki dairəsindən deputatlığa namizədliyini irəli sürəcək. Vüqar Əhməd həmçinin, onu da əlavə edib ki, bu təşəbbüs əhalidən gəlib: “Pirşağı, Ramana, Kürdəxanı-Balaxanı ərazisində yaşayanların bir hissəsi mənim namizədliyimi irəli sürməyim barədə xahiş ediblər. Və bu da mənim üçün çox vacibdir. Əgər onlar istəməsəydilər, mən namizədliyimi irəli sürməzdim”.

Xatırladaq ki, Vüqar Əhməd bu ilki parlament seçkilərində namizədliyini irəli sürəcək ilk şair deyil.

Şair Yafəs Türksəs də parlament seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürmək fikrindədir.

O, Reaksiya.az-a seçki platformasını da açıqlayıb. Deputat olmaq istəyən YafəsTürksəs seçkilərə “Demokratiya və haqq mudafiəçisi Yafəs Türksəs” şüarı ilə gedir.

Şərhlər