3 nəfər göldə batdı
05.09.2015 02:27 Sosreaksiya 2087

Reaksiya.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şəki rayonunda süni göldə 1995-ci il təvəllüdlü Zəkəriyayev Sadiq Kamran oğlu və 1995-ci il təvəllüdlü Əhmədov Röyal Etibar oğlu batıblar .
Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. S.Zəkəriyayev və R.Əhmədovun cəsədləri batdığı yerdən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 22:14-də başa çatıb. Faktla bağlı araşdırmalar aparılır.
Həmçinin Gəncənin Göygöl rayonunda da suda ölüm hadisəsi baş verib. APA-nın verdiyi məlumata görə, hadisə rayonun Qızılca kəndi ərazisində yerləşən göldə qeydə alınıb. Gəncə şəhər sakini, 1997-ci il təvəllüdlü Kamran Sabir oğlu İsayev göldə çimərkən boğulub. Mərhumun cəsədi göldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.
Şərhlər