TQDK müsabiqələrin nəticələrini açıqladı
05.09.2015 08:10 Sosreaksiya 1700

Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə keçirilmiş müsabiqənin nəticələri açıqlandı.
2015/2016-cı tədris ili üçün tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə keçirilmiş müsabiqənin nəticələri ötən gün açıqlanıb.
TQDK mətbuat mərkəzindən verilən məlumata görə, abituriyentlər müsabiqənin nəticələrini Komissiyanın internet saytından və ya mobil telefonla iş nömrəsini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Boş qalan 1065 plan yerinin müsabiqəsində iştirak etmək üçün 5372 abituriyent ərizə təqdim edib. Onlardan 904 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olub.
Qəbul olanlar sentyabrın 7-dən 10-dək (saat 9:00-dan 17:00-dək) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcəkdir.
Şərhlər