“Bu addımın Rusiya amili ilə əlaqəsi yoxdur” - Ekspert

05.09.2015 10:46     Sosreaksiya     1888

Xəbər verildiyi kimi, Səudiyyə Ərəbistanı öz neftini sentyabr ayında ABŞ və Avropadakı müştəriləri üçün bir barelə görə 0,5–0,9 dollar ucuzlaşdıracaq. Oktyabrdan başlayaraq isə Brent markalı neft orta qiymətindən 7,35 dollar aşağı salınacaq. Ekspertlər bunu ABŞ-ın əliylə Rusiyaya növbəti təsiretmə mexanizmi kimi dəyərləndirirlər.

İqtisadçı-ekspert İlham Şaban bu olaya münasibət bildirib.

O, Reaksiya.az-a deyib ki, Səudiyyə Ərəbistanının bu addımının indiki halda Rusiya amili ilə əlaqəsi yoxdur: “Bu məsələ başqadır: Səudiyyə ABŞ və Qərbi Avropa ölkələri üçün oktyabrdan satacağı neftə endirim kampaniyasına başlayır. Bu da bazardakı mövqelərinin qorunub saxlanması, İranın Qərb bazarına daxil olmasının qarşısının alınmasına yönəlmiş addımdır. Bunu da əbədi rəqiblərin savaşı kimi qiymətləndirmək olar”.

Qeyd edək ki, 1980-ci ilin sonlarında məhz Səudiyyə Ərəbistanının neftin qiymətinin aşağı salınması haqqında çıxartdığı qərar sonra SSRİ iqtisadiyyatının iflasa uğraması ilə nəticələnib.

Şərhlər

Çox oxunanlar