Dənizdə batan 5 nəfər xilas edilib
10.06.2015 22:12 Sosreaksiya 1702

Bu gün dənizdə batan 5 nəfər xilas edilib.
Reaksiya.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Sabunçu rayonunda 2 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib.
Həmçinin, Sumqayıt şəhərində 1 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib.
Vətəndaşlar nazirliyin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.
Bundan başqa, Bakı şəhəri, Sabunçu rayonu ərazisində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən təxminən 1500 m məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.
Şərhlər