Habil Əliyevin səhhəti ilə bağlı son xəbər

05.09.2015 11:05     Sosreaksiya     2189

Xalq artisti Habil Əliyevin vəziyyəti ağır olaraq qalır.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, bu barədə məlumatı xalq artistinə qulluq edən Səadət Məmmədova deyib.

Onun sözlərinə görə, xalq artisitinin səhhətində heç bir dəyişiklik yoxdur.

O, qeyd edib ki, Mərkəzi Klinik Xəstəxananın iki həkimi Habil Əliyevə 24 saat nəzarət edir:

“Artıq iki gündür ki, Habil Əliyev koma vəziyyətindədir. Süni nəfəs aparatından ayrılmayıb. Bütün yaxınları, qohumları hamısı başı üstündə dayanıb nəzarət edirlər. Allahdan ümid kəsilməz, ümid edirik ki, xalq artistimiz ayılacaq. Hələki gözləyirik”.

Qeyd edək ki, ürək çatışmazlığı və ağciyərində yaranan problemlə bağlı bir müddət əvvəl xalq artisti H.Əliyevin səhhəti ağırlaşıb.

Şərhlər

Çox oxunanlar