“Azadlıq prospekti” stansiyasında sərnişinlər evakuasiya edildi

05.09.2015 12:30     Sosreaksiya     2171

Bu gün səhər saatlarında Dərnəgül stansiyasından Həzi Aslanov isitqamətində hərəkət edən qatarda nasazlıq baş verib.

Reaksiya.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev açıqlamasında nasazlığın “Azadlıq” stansiyasında baş verdiyini bildirib.

“Yay vaxtının davam etməsi ilə əlaqədar qatarlar arasında interval 5-6 dəqiqədir. Amma qatarda yaranan texniki problemlə bağlı interval 10 dəqiqəyə qədər uzanıb. Problem yaranan qatardan sərnişinlər boşaldılıb və təmir üçün depoya göndərilib”.

Nəsimi Paşayev xəttə ehtiyat qatarın buraxıldığını və hazırda “Bakı Metropolitenin”də işin qrafikə uyğun davam etdiyini bildirirdi.

 

Şərhlər

Çox oxunanlar