Bakı metrosunda ölüm
05.09.2015 12:53 Sosreaksiya 2685

Bakı metrosunda bədbəxt hadisə baş verib.
Bu haqda məlumatı Reaksiya.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev verib.
Onun sözlərinə görə, metronun “28 May” stansiyasında bir kişi özünü hərəkət edən qatarın altına atıb:
"Hadisə baş verən kimi qatarın hərəkəti dərhal dayandırılıb və məlum olub ki, həmin şəxs hadisə yerindəcə həyatını itirib. Faktla bağlı araşdırmaya başlanılıb".
Şərhlər