Üç uşaq anası özünü asdı
05.09.2015 14:46 Sosreaksiya 2109

Gəncədə intihar hadisəsi baş verib. Hadisə Gülüstan qəsəbəsində qeydə alınıb.
Reaksiya.az ANS PRESS-ə istinadən xəbər verir ki, şəhərin Gülüstan qəsəbə sakini 1975-ci il təvəllüdlü Cəmilə Əhməd qızı Əkbərova yaşadığı evdə özünü asıb.
Onun meyitini ailə üzvləri aşkarlayaraq hüquq-mühafizə orqanlarına məlumat veriblər.
Meyit hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində müayinə edildikdən sonra aidiyyatı üzrə təhvil verilib.
Özünü öldürən 40 yaşlı qadının 3 azyaşlı övladı olduğu bildirilir.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
Bundan əvvəl də oxşar hadisə paytaxtda qeydə alınmışdı. Səbail rayon Badamdar qəsəbəsi 1-ci yaşayış massivi döngə 8, ev 399-da yaşayan 1978-ci il təvəllüdlü Venera Vaqif qızı Həsənova yaşadığı evdə özünü asmışdı. İntihar edən qadının iki azyaşlı övladı olub.
Şərhlər