Fabrikdə güclü partlayış oldu, ölənlər var

05.09.2015 16:14     Sosreaksiya     2173

Pakistanda fabrikdə güclü partlayış baş verib, ölənlər var.

Reaksiya.az ANS PRESS-ə istinadən xəbər verir ki, fabrikdə baş verən fövqəladə hal azı beş işçinin ölümünə səbəb olub. Həlak olanlarla yanaşı, xəsarət alanlar və dağıntılar altında qalanlar var. Yaralılar dərhal xəstəxanaya yerləşdiriliblər.

Polisin verdiyi məlumata əsasən, baş verən hadisə ilə bağlı hüquq mühafizə orqanları müəssisənin sahibini saxlayıblar.

Yerli KİV-lərin məlumatında fabrik əməkdaşlarının bir çoxu indiyə qədər uçqunların altında qaldığı deyilir. Xilasedicilər hələ ki, yalnız 15 işçini aşkar edərək, dağıntılar altından çıxara biliblər.

Xilasetmə işləri və partlayışın səbəbləri araşdırılır. 

Fabrikin partlayışdan sonrakı görüntüsü

Şərhlər