Bakıda seyf oğrusu tutuldu

05.09.2015 17:21     Sosreaksiya     2075

Bakıdakı şirkətlərin birindən külli miqdarda pul oğurlayan şəxs həbs edilib.

Reaksiya.az ANS PRESS-ə istinadən xəbər verir ki, paytaxtdakı məhşur tikinti şirlətlərinin birindən pul oğurlanması barədə Xətai rayon Polis İdarəsinə şikayət daxil olub.

Dərhal axtarışlara başlayan Cinayət Axtarış İdarəsi, Təhlükəsiz Şəhər Xidməti və Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri həyata keçirərək hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Azad Həziyevi həbs ediblər.

O, məhşur tikinti şirkətindən içərisində 60 min ABŞ dolları və sənəd olan seyfi quldurluq yolu ilə aparmaqda şübhəli bilinir.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Bundan əvvəl də paytaxtdakı MTK-ların birindən külli miqdarda pul oğurlanmışdı. Baş Cinayət-Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 1-də Bakıdakı Mənzil Tikinti Kooperativlərinin birinin ofisindən içərisində 450000 ABŞ dolları olan seyfi oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Əhmədov tutulmuşdu.

Şərhlər