Bu peşənin qadınlar tərəfindən “mənimsənilməsi” həqiqi müəllimlik statusunun yüksəlməsinə mane olur. - EKSPERT RƏYİ

11.06.2015 10:59     Sosreaksiya     1746

“Bu gün orta ümumtəhsil məktəblərində müəllim kollektivinin əsasən qadınlardan ibarət olması sizcə təhsildə hansı problemlərə gətirib çıxara bilər?” - sualını Reaksiya.az üçün cavablandıran Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü bildirib ki, ölkədə müəllim peşəsində qadınlaşma prosesi XX yüzilliyin 80 –ci illərinin sonlarından başlayıb. Artıq bu proses bizim təhsil sistemində başa çatmaq üzrədir. Dünyada da bu proseslər gedir, amma Azərbaycanda daha qabarıq şəkildə özünü göstərir. Bu isə ümumi işin xeyrinə deyil, belə ki, bu peşənin qadınlar tərəfindən “mənimsənilməsi” həqiqi müəllimlik statusunun yüksəlməsinə mane olur.

orta məktəbi bitirən oğlanların müəllimlik peşəsini seçməməsinin səbəblərinə gəldikdə isə M. Mürşüdlü bildirib ki, oğlanların müəllim peşəsini seçməməsinin iki əsas səbəbi var: “Bunlardan birincisi, fəaliyyətin iqtisadi cəhətdən cəlbedici olmamasıdır (əməkhaqqının azlığı). İkinci səbəb isə oğlanların psixoloji baryeri aşa bilməmələridir. Bizim cəmiyyətdə formalaşmış “müəllim peşəsi qadınlar üçündür” fikri də bu peşəyə olan marağı azaldır. Çıxış yolu var: hökümət oğlanlarda bu peşəyə olan marağı artırmaq üçün müəyyən güzəştləri özündə ehtiva edən proqram hazırlamalıdır (mənzil təminatı, yüksək məvacib, tibbi sığorta və s.)”.

Şərhlər

Çox oxunanlar