Ödəniş terminallarından pul oğurlamaq olmayacaq

06.09.2015 00:57     Sosreaksiya     1850

"Modenis" şirkəti (“eManat” terminal şəbəkəsi) Azərbaycanda ödəniş terminallarından nağd vəsaitin oğurlanmasının qarşısını almaq üçün onların müdafiəsini gücləndirəcək. Bu barədə şirkətin məlumatında deyilir.

Bildiriblər ki, ödəniş terminallarına qarşı vandalizm aktları və onlardan nağd vəsaitlərin oğurlanması ilə bağlı mənfi hallar nəzarət altındadır və belə halların aradan qaldırılması üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsi imkanları araşdırılır.

Şirkətdən vurğulayıblar ki, belə mənfi hallarının qarşısını almaq üçün ilk növbədə təhlükəsizlik standartlarına ciddi əməl edilir: “Onların quraşdırıldığı obyektlərdə monitorinqin nəticələri üzrə səhvlər aşkar edilərsə, o zaman obyektlərin sahibləri bu barədə məlumatlandırılır. Əgər onlar terminalların təhlükəsizliyini lazımi səviyyədə təmin etmirlərsə, terminallar istismardan çıxarılır”.

Qeyd edək ki, hazırda respublika üzrə “eManat” ödəniş terminallarının sayı 2 mini ötür.

Şərhlər

Çox oxunanlar