Nəzarət buraxılış məntəqəsi silahlı hücuma məruz qalıb

06.09.2015 02:03     Sosreaksiya     1997

Şahidlərin sözlərinə görə, hücum nəticəsində hüquq-mühafizə orqanlarının bir əməkdaşı həlak olub, bir neçə insan yaralanıb.

Tacikistanın paytaxtı Düşənbənin girişində nəzarət buraxılış məntəqəsinə silahlı hücum edilib. 

Reaksiya.az-ın məlumatına görə, bu haqda Tacikistanın Daxili İşlər Nazirliyindən Rusiya mətbuatına məlumat verilib. Məlumatda bildirilib ki, yerli vaxtla təxminən saat 17:50-də naməlum adamların silahlı qrupu Düşənbənin şərqində polis blokpostunu güllələyib.

İlkin məlumatlara görə, hadisə baş verən zaman orada olan milis işçilərinin hamısı həlak olub. Lakin onların sayı dəqiqləşdirilməyib.

Şahidlərin sözlərinə görə isə hücum nəticəsində hüquq-mühafizə orqanlarının bir əməkdaşı həlak olub, bir neçə insan yaralanıb.

Şərhlər

Çox oxunanlar