32 yaşlı Bərdə sakini futbol oynayarkən öldü
06.09.2015 02:23 Sosreaksiya 1937

Bərdə rayonunun 32 yaşlı sakini Bayram Məmmədov futbol oynayarkən qəflətən ürək dayanması nəticəsində dünyasını dəyişib. Reaksiya.az xəbər verir ki, hadisə Mirzəxan kəndində baş verib.
Sakinlərin verdiyi məlumata görə, B.Məmmədov həmyaşıdları ilə futbol oynayarkən meydançada ürəyi dayanıb.
Kənd sakinləri onu xəstəxanaya çatdırsa da həkimlər Bayramın artıq öldüyünü bildiriblər.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Şərhlər