Ralli yarışında faicə - 6 ölü, 10 yaralı

06.09.2015 03:06     Sosreaksiya     1926

İspaniyanın Koruna şəhərində təşkil olunan ralli yarışlarında qəza meydana gəlib.
 İlkin məlumatlara görə bu qəzada 6 nəfər həyatını itirib.
 
Reaksiya.az xəbər verir ki, ralli müsabiqəsində yarışan avtomobillərdən birinin sürücüsü idarə etməni itirərək yoldan çıxıb və yarışı izləməyə gələnləri əzib. 
 
İspaniya rəsmi xəbər agentliyi “EFE”-nin məlumatına görə, hadisə yerli saatla 22:00-da meydana gəlib. Ölənlərdən dördünün qadın, ikisinin isə kişi olduğu bildirilir. Yaralanan 10 nəfərdən 3-nün isə uşaq olduğu açıqlanıb.
 
Qeyd edək ki, 130 avtomobilin qatıldığı ralli yarışı baş verən hadisəyə görə təxirə salınıb.

Şərhlər

Çox oxunanlar