Bomba PKK-lıların əlində partladı - 1 ölü, 3 yaralı
06.09.2015 03:36 Sosreaksiya 1852

Türkiyənin Batman vilayətində bu gecə terror aktı törətmək istəyən bir qrup PKK yaraqlısı daşıdıqları partlayıcı qurğunun vaxtından tez işə düşməsi nəticəsində xəsarət alıblar. Reaksiya.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Bakı saatı ilə 00.30-da baş verib.
Partlayış nəticəsində 1 nəfər həlak olub, 3 nəfər yaralanıb.
Belə ki, hadisə yerinə yollanan polis əməkdaşları dörd nəfərin yaralandığını aşkarlayıb. Əli bədənindən ayrılan 23 yaşlı Vesyi Rüzgar Koç həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib.
Şərhlər