Gecə küçədə gəzənlər üçün mobil proqram
06.09.2015 08:03 Sosreaksiya 2127

5 tələbə birləşərək gecələr küçədə qorxusuz gəzməyi təmin edən mobil proqram hazırlayıb.
Gecə küçədə gəzmək yeni mobil proqram vasitəsilə təhlükəsiz olacaq.
ANS PRESS-in məlumatına görə, Miçiqan universitetinin 5 tələbəsi birləşərək gecələr küçədə qorxusuz gəzməyi təmin edən mobil proqram hazırlayıblar.
“Companion' adlanan proqram yol gedən istifadəçiyə dostlarının və ailəsinin virtual olaraq yanında olmasina şərait yaradacaq. Yəni istifadəçinin yaxınları proqrama quraşdırılan "GPS" sistemi vasitəsilə onu izləyə biləcəklər.
Həm ios, həm də android istifadəçilərinin faydalana biləcəyi mobil sistemdən istifadə etmək üçün qarşı tərəflərin proqramı yükləməsi vacib deyil. Sistem əlaqə qurulacaq şəxsə bu barədə təkcə qısa mesaj göndərmək vasitəsilə xəbərdarlıq edir.
Mesajla göndərilən linkdə qarşı tərəfə istifadəçinin hansı istiqamətdə hərəkət etdiyi bildirilir. Proqram həm də istifadəçi yolunu azarsa və ya hər hansısa bir təhlükə hiss edərsə, dərhal bu barədə smartfon sahibinə məlumat verir.
Əgər təhlükəli hadisə baş verərsə, 15 saniyə müddətində həm istifadəçinin yaxınlarına xəbardarlıq edir, həm də bu barədə polisə zəng etmək təklifi təqdim edir.
İlk mərhələdə universitetdə oxuyan tələbələr arasında istifadəyə verilən yenilikdən digər ölkələrdə də istifadə etmək mümkündur. Bunun üçün Birləşmiş Ştatlar xaricindəki ölkələrdə yaşayan istifadəçilər xidməti yükləyərkən telefon nömrələrini və ölkə kodlarını yazaraq qeydiyyatdan keçməlidirlər.
Şərhlər