Türkiyədə növbəti dəfə polisə silahlı hücum oldu

06.09.2015 11:58     Sosreaksiya     1921

 Türkiyədə növbəti terror hadisəsi baş verib.

Reaksiya.az APA-ya istinadən xəbər ki, PKK terror təşkilatının üzvləri Türkiyənin Diyarbəkir şəhərində polisə silahlı hücum edib.

Ərazidə olan polislərə raketlə edilən hücum nəticəsində iki polis şəhid olub, 3-ü isə yaralanıb.

Ötən gecə Diyarbəkirin Sur qəsəbəsində də polis bölməsinə silahlı hücum olub. Hadisə nəticəsində polis bölməsinin yaxınlığında olan bir mülki şəxs yaralanıb.

Bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.

Şərhlər

Çox oxunanlar