Bakıda yeni avtobuslar istifadəyə verilib

06.09.2015 17:32     Sosreaksiya     1800

BakuBus MMC Bakıda bir nömrəli marşrut xətti üzrə Iveco markalı yeni avtobusları istifadəyə buraxıb. Bunu jurnalistlərə MMC-nin direktor müavini Vüsal Kərimli deyib.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, avtobuslar Koroğlu metro stansiyasından "28 may" metro stansiyasına qədər və əks istiqamətə hərəkət edəcəklər. Avtobusların iş qrafiki 6:00-dan 00:00-ə qədər müəyyən edilib. Bu xəttə birinci mərhələdə 14 avtobus buraxılıb. Sərnişinlərin sayından asılı olaraq gələcəkdə avtobusların sayı ya artırılacaq və ya azaldılacaq.

Kərimli qeyd edib ki, yeni avtobuslarda nağdsız ödəniş sistemi tətbiq edilir.

Şərhlər

Çox oxunanlar