Silahlı Qüvvələrimiz beynəlxalq tədbirdə

07.09.2015 10:09     Sosreaksiya     1755

Sentyabrın 7-dən 11-dək Marmaris şəhərində (Türkiyə Respublikası) “Beynəlxalq gəmi və liman ərazisinin təhlükəsizliyi” kursu, 18-dək Ankara şəhərində (Türkiyə Respublikası) “Hərbi-Mülki əməkdaşlıq” kursu, oktyabrın 16-dək Vişkov şəhərində (Çexiya Respublikası) Çoxmillətli Sülhü Dəstəkləmə Əməliyyatları üzrə təlimatçı hazırlığı kursu, noyabrın 27-dək Şrivenhəm şəhərində (Böyük Britaniya) Hərbi İngilis dili kursu, dekabrın 18-dək Vilnüs şəhərində (Litva Respublikası) kiçik rütbəli zabitlər üçün qərargah kursu, sentyabrın 8-dən 16-dək Varşava şəhərində (Polşa Respublikası) NATO Standartlaşdırma kursu keçiriləcək.

Reaksiya.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

 

Şərhlər