Böyük meteorit düşdü

07.09.2015 11:04     Sosreaksiya     2101

Tailandın paytaxt sakinləri bu gün qeyri-adi hadisəni müşahidə ediblər. Böyük naməlum obyekt arxasından ağ tüstü buraxaraq səmada uçub. Yox olmamışdan öncə naməlum obyekt alışıb, ancaq partlayış səsi eşidilməyib.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, Tailand sakinləri meteoritin düşməsinə şahid olduqlarını güman edirlər. Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.

Banqkokdan 200 kilometr uzaqlıqda yerləşən qonşu Kançanaburi vilayətinin sakinləri də göy cismi görüb və partlayış səsi eşidiblər.

Şərhlər