Bakının məşhur biznes mərkəzində ölüm
07.09.2015 11:25 Sosreaksiya 1993

Bakının tanınmış biznes mərkəzində ölüm hadisəsi baş verib.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, hadisə “Caspian Plaza”da qeydə alınıb. Orada yerləşən şirkətlərdən birinin layihə rəhbəri, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Urfan Zaman oğlu Səfərov iş yerində qəfildən dünyasını dəyişib.
Ölümün səbəblərini müəyyənləşdirməkdən ötrü tibbi ekspertiza təyin olunub.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər