Putin yenə gecikib

11.06.2015 11:51     Sosreaksiya     1808

Rusiya prezidenti Putin, ikili görüşmələrinə gecikmək ənənəsini Vatikanda Papa qarşısında da nümayiş etidirib. Əvvəlcə Milana gedən, Dünya Ticarət Sərgisində iştirak edən və İtaliya baş naziri Matteo Renzi ilə görüşən Putinin Romaya saat 18.00 - də enməli olan təyyarəsi gecikib. Putin əvvəlcə İtalyanın yeni prezident Sergio Mattarella ilə görüşüb, daha sonra isə Roma Papası Fransis ilə görüşməyə gedib. Ancaq Vatikandaki mənbələr görüşün bir saat 10 dəqiqə gec başladığı bildiriblər. Görüş bir saat davam edib və müsbət qarşılıqlı anlaşma şəraitində davam etdiyi açıqlanıb. Putinin mətbuat katibi Peskov gecikməni Milanda İtaliya baş naziri ilə görüşün uzanması və daha sonra hava limanına gedən kortecin "yavaş hərəkət etməsi" ilə əlaqələndirib. Görüş mətbuata bağlı olaraq Papanın xüsusi kitabxanasında reallaşıb. Xatırladaq ki, Putin 2013 – cü ildə də Papa ilə görüşə 50 dəqiqə gec çatmışdı. 

Şərhlər

Çox oxunanlar