Qızmar istilər yenidən qayıdır

07.09.2015 12:40     Sosreaksiya     2045

Sabah Bakıda havanın temperaturu 36 dərəcəyə yüksələcək.  

Reaksiya.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, sentyabrın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 31-36 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, lakin axşam və gecə bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.

Şərhlər