İçərisində uşaq olan çanta tapıldı
07.09.2015 14:24 Sosreaksiya 2275

Sumqayıt şəhərində içərisində qız uşağı olan çanta tapılıb.
Reaksiya.az Trend-ə istinadən məlumat verir ki, sentyabrın 6-da Sumqayıt şəhərinin Koroğlu prospektində içərisində qız uşağı, geyim əşyaları və 1 yaşlı Dərya Məmmədovanın adına verilmiş doğum haqqında şəhadətnamə olan çanta tapılaraq 1 saylı Doğum evinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər