Ağamusa Axundovla vida mərasimi keçirilir

07.09.2015 15:06     Sosreaksiya     1893

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycanın tanınmış ədəbiyyatşünası, dilçi və türkoloq alimi Ağamusa Axundovla vida mərasimi keçirilir.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə, AMEA prezidenti Akif Əlizadə Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla, Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov və başqa tanınmış şəxslər, ziyalılar iştirak edirlər.

Xatırladaq ki, Ağamusa Axundov dünən dünyasını dəyişib.

Şərhlər