Təbii fəlakət 63 nəfərin ölümünə səbəb oldu

07.09.2015 15:14     Sosreaksiya     2074

Hindistanda 23 nəfər ildırım vurmasından ölüb.

Reaksiya.az ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə Hindistanın cənubunda Andxra-Pradeş ştatında baş verib. Bu barədə Hindistanın yerli mətbuatı xəbər yayıb.

Bu gün Andxra-Pradeş ştatı dayanmadan yağan leysan yağışlarının altında qalıb. Sonradan başlayan güclü ildırım çaxması insanların ölümünə səbəb olub.

Hindistanda ildırımın çaxması

Anjxra-Pradeş və Tripura ştatından olan kriket üzrə qadın yığma komandası ildırım çaxan zaman idman meydançasında olublar. Lakin onlar qaçaraq xilas ola biliblər.

Assam ştatında da daşqın təxminən 1,75 milyon insana zərər vurub, 40-ya insan həyatını dəyişib. Təbii hadisə nəticəsində 180 min hektar kənd təsərrüfatı sahəsi suyun altında qalıb.

Hadisədən görüntü

Hindistan hakimiyyəti insanlar üçün 320 çadır düşərgəsi təşkil edib. Hal-hazırda təxminən 300 min insan həmin düşərgədə yerləşdirilib.

 

Şərhlər