128 məktəbə yeni direktor təyin edildi

07.09.2015 15:57     Sosreaksiya     2733

Bu ilin sentyabr ayında Bakı şəhəri üzrə 24, digər şəhər və rayonlar üzrə 104 ümumtəhsil məktəbinə yeni direktor təyin olunub.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, bu barədə məlumat Təhsil Nazirliyindən verilib.

Məlumata görə, 2015-ci ilin mart ayınadək Bakı şəhəri istisna olmaqla, rayon və şəhərlərdə 229 ümumtəhsil məktəbinə yeni direktor təyin olunub. Son bir ildə ölkə üzrə ümumtəhsil məktəblərinə yeni təyin olunan direktorların sayı 357 nəfərə çatıb.

Respublikamızın digər rayon və şəhərlərində ümumtəhsil məktəblərinə direktor seçimi müsahibə komissiyası tərəfindən aparılır.

Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarov bugün Təhsil Nazirliyində Bakı şəhərində yerləşən ümumi təhsil məktəblərinə yeni təyin olunmuş direktorlarla görüşüb.

Şərhlər