Saytları kiber hücumlardan necə qorumalı?

07.09.2015 16:48     Sosreaksiya     1938

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Hollandiya, Belçika və Qətərdəki səfirliklərinin internet ünvanları 5 sentyabr 2015-ci il tarixində özünü “Artsax kiber ordusu” adlandıran qrup tərəfindən kiber terror hücumlarına məruz qalıb. Qısa müddət ərzində səfirliklərin internet saytlarının fəaliyyəti bərpa edilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyevin məlumatına görə Ermənistan tərəfindən Azərbaycan Respublikasının internet resurslarına, o cümlədən ölkəmizin xaricdəki diplomatik nümayəndəliklərinin internet saytlarına kiber terror hücumları davamlı əsasda həyata keçirilir.

Ermənistan tərəfindən səfirliklərimizin internet saytlarına qarşı olan hücumlar müvafiq olaraq, bu ünvanları  “host” edən serverlərə və serverlərin yerləşdiyi ölkələrin internet resurslarına və məkanına qarşı da kiber terrorizm əməllərinin göstəricisi olaraq qiymətləndərilir.

Xatırladaq ki, bu yaxınlarda Azərbaycan hakerləri tərəfindən də Ermənistanın saytlarına hücumlar edilmişdi. İyul ayının 23-də, ardınca da Füzuli rayonunun işğalı günündə üç nəfərdən ibarət haker qrup  50-dən çox erməni saytını dağıtmışdı.  

İnformasiya müharibəsi getdiyi dövrdə ermənilərdən də cavab gələcəyi, saytlarımızın dağıdılacağı gözlənilən idi. Bu məqsədlə də saytların güvənlik sistemi ilə bağlı həyata keçirilən tədbirlər genişləndirilməli, saytların müdafiəsi gücləndirilməli idi.

İKT mütəxəssisləri Reaksiya.az-a bildiriblər ki, saytların təhlükəsizliyi server, saytın öz proqram təminatı və saytı idarə edən insanlardan asılıdır:

"Bunların mövcudluğü tələb edir ki, veb-saytın yığılmasına və illik saxlanılmasına azı 2-3 min manat vəsait xərclənməlidir. Əgər hansısa saytın hazırlanmasına və saxlanılmasına bu vəsitin heç yarısı belə sərf olunmursa, təhlükəsizlikdən danışmaq yersizdir".

Şərhlər