Deputatlar kimin spiker olmasını istəyir?
07.09.2015 16:28 Sosreaksiya 2596

Azərbaycan yenidən müstəqillik qazanandan bəri Milli Məclisə 7 nəfər spikerlik edib. İlk spikerin qadın olmasını maraqlı fakt kimi qiymətləndirmək olar. Elmira Qafarovadan sonra Yaqub Məmmədov, İsa Qəmbər, Heydər Əliyev, Rəsul Quliyev, Murtuz Ələsgərov ardıcıl spiker vəzifəsini icra ediblər. Hazırda Milli Məclisə sədrlik edən Oqtay Əsədov 2005-ci ildən bu vəzifədə çalışır.
Noyabrın 1- də Azərbaycan Milli Məclisinə növbəti seçkilər keçiriləcək. Bəs növbəti çağırışda MM-nin spikeri kim olacaq?
Reaksiya.az-ın bu sualını Milli Məclisin deputatları cavablandırıb.
Deputat Adil Əliyev Oqtay Əsədovun yenidən spiker seçilməsini istəyir: “Mən bu günə qədər Oqtay Əsədovdan başqa digər spikerlərin fəaliyyətinə qiymət verə bilmərəm. Ancaq Oqtay Əsədovun fəaliyyətini yüksək qiymətləndirirəm. Mənim orda olub-olmamağımdan asılı olmayaraq Oqtay Əsədovun spiker seçilməsini istəyərdim”.
Deputat Fəzail Ağamalının cavabı isə birmənalı olmayıb: “İnşallah 125 deputat seçiləndən sonra bu suala cavab vermək olar”.
Şərhlər