İstanbulda 1950-ci ildən bu yana ən isti gün yaşanıb
08.09.2015 01:19 Sosreaksiya 1758

Sentyabrın 6-sı Türkiyənin İstanbul şəhərində 1950-ci ildən bu tərəfə yaşanan ən isti gün olub. Reaksiya.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, 3 rayonda - Eyüp, Kartal və Göztəpədə isti hava rekord qırıb. Saat 16:30-dan etibarən hər üç rayonda havanın temperaturu 37.9 dərəcə olub. Bu rəqəm 1950-ci ildə ölçülən və İstanbulun ən isti sentyabr günü olaraq tarixdə qalan 3 sentyabr 1950-ci il göstəricisini geridə qoyub. O gün ölçülən 36.6 dərəcəlik temperatur İstanbulda qeydə alınan ən isti sentyabr günü olub.
Şərhlər